5 dekabr 2025. Cümə

Azərbaycan millisi möhkəm komandadır


Azərbaycan millisi möhkəm komandadır

Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Luk Holts DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 52 yaşlı mütəxəssis, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir. Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə alsaq, bunu etmək asan olmayacaq.

Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk oyundan qalib ayrılaraq azarkeşlərimizi sevindirək. Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə uduzub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.

Sentyabrın 1-də Lüksemburq stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb