15 may 2026. Cümə

Azərbaycanlı hakimlər AÇ-nın seçmə oyunlarına təyinat aldılar


Azərbaycanlı hakimlər AÇ-nın seçmə oyunlarına təyinat aldılar

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxalq oyunlara təyinat alıb.

Corner.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında AÇ-2022-nin seçmə mərhələ oyunlarında iş başında olacaq.

Məsiyev 7-ci qrupun oyunlarına təyinat alıb. Azərbaycanlı referi əvvəlcə oktyabrın 7-də keçiriləcək Finlandiya – İsveçrə qarşılaşmasını idarə edəcək. Onun köməkçilərindən biri azərbaycanlı yan xətt hakimi Elşad Abdullayev olacaq. Digər yan xətt hakimi və dördüncü hakim isə Avstriyadandır.

Azərbaycanlı hakimlər oktyabrın 10-da bu qrup çərçivəsində baş tutacaq Bosniya və Herseqovina – Finlandiya matçına da təyinat alıblar. Elşad Abdullayev yenə yan xətt hakimi olacaqsa, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oktyabrın 13-də keçiriləcək Cəbəllütariq – Finlandiya görüşünü də Elçin Məsiyev idarə edəcək. Ona bu dəfə maltalı hakimlər və Abdullayev yardım göstərəcək.

7-ci qrupun matçlarına Finlandiya ev sahibliyi edəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb