25 noyabr 2024. Bazar ertəsi

Azərbaycanla oyunda bəzi problemlərimiz oldu


Azərbaycanla oyunda bəzi problemlərimiz oldu

"İlk hissədə qol epizodlarını dəyərləndirməklə bağlı problemlərimiz oldu. Bəzi məqamlarda isə çox tələsik oynadıq. Bəlkə də çox istəkli olmağımız bu nəticəyə gətirib çıxardı".

Corner.az-ın məlumatına görə, bunu Finlandiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Yuxa Malinen Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri 2023-cü il Avropa çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

63 yaşlı finlandiyalı mütəxəssis həlledici məqamlarda daha dəqiq oynamağın lazım olduğunu bildirib: "Digər tərəfdən, topu rəqib qapısına daha tez çatdırmalı idik. Sürətli hücumlarımız olsa da, istədiyimiz qolları vura bilmədik. Gələcəkdə bu epizodlardan daha yaxşı istifadə edə biləcəyik".

Qeyd edək ki, Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan Azərbaycan - Finlandiya matçı 1:1 hesabı ilə başa çatıb.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb