5 dekabr 2025. Cümə

“Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi” – Modric


“Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi” – Modric

Xorvatiya millisinin kapitanı Luka Modric AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fikirlərini şərh edib.

Corner.az xəbər verir ki, yerli mətbuata danışan Modric, 2:1 hesabıyla bitən matç haqda fikirlərini belə bildirib: “Gözlədiyimizdən də çətin oldu. Oyunun çox asan keçəcəyini də düşünmürdük. Ən vacibi 3 xal qazanmaq idi və seçmə mərhələyə qələbə ilə başladıq. Məncə, biz daha yaxşı tərəf idik. Rəqib isə əks-hücumlar zamanı təhlükə yarada bilirdi.

Ümumiyyətlə, Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi. İstənilən halda, nəticədən razı qalmalıyıq. Seçmə mərhələlərdə belə rəqiblərin müqavimətini qırmaq çətin olur”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb