- Avropa çempionatı
- 15:35 16.11.2025
İngiltərə millisi ciddi itkiylə üzləşib.
Corner.az xəbər verir ki, millinin futbolçusu Eric Dier zədələnib. Bu barədə İngiltərə millisinin baş məşqçisi Southgate yerli mətbuata açıqlamasında deyib. O, Dierin Monteneqro ilə qarşılaşacaqları oyunda iştirak etməyəcəyini bildirib.
Eric Dier AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Çexiya ilə qarşılaşdıqları oyunun 17-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Onu Ross Barkley ilə əvəzləyib.