- Avropa çempionatı
- 15:35 16.11.2025
İngiltərənin Chelsea klubunun fransalı hücumçusu O.Giroud 2020-ci ildə keçiriləcək Avropa çempionatından sonra milli komandadakı karyerasını başa vuracaq.
Corner.az "RTL France"yə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə AVRO-2020-nin seçmə mərhələsinin I turunda Fransanın Moldovanı səfərdə məğlub etdiyi oyundan sonra məlumat veribO, AVRO-2020-nin yığma ilə son turniri olacağını deyib: "Bundan sonra gənclərə yol verməliyəm.Kylian Mbappe komandadakı əsas hücumçu olacaq".
Qeyd edək ki, Fransa Moldovanı 4:1 hesabı ilə məğlub edib.