- Avropa çempionatı
- 20:40 06.02.2026
2020-ci ildə keçiriləcək Avropa çempionatının talismanı müəyyənləşib.
Corner.az xəbər verir ki, turnirin talismanının adı “Skillzy”dir. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Skillzy” ingilis dilindən tərcümədə “vərdişlər” (“skills”) deməkdir.
Yeni talismanın sərbəst futbol oyunçularının (“Freestyler”) keyfiyyətlərini özündə birləşdirdib.
Talismanın təqdimatına məşhur fristaylerlər – Liv Kuk və Tobias Beks dəvət olunub.