5 dekabr 2025. Cümə

UEFA-nın AÇ-2028 planı


UEFA-nın AÇ-2028 planı
Futbol üzrə AÇ-2028-də iştirakçıların sayının 24-dən 32-yə yüksələcəyi, turnirin özünün isə ən azı 12 stadionda keçiriləcəyi gözlənilir. Corner.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, UEFA Böyük Britaniya və İrlandiyada keçirilməsi gözlənilən AÇ-2028-də komandaların sayını 24-dən 32-yə qaldırmağı planlaşdırır.
 
Xəbərdə, qitənin ali futbol qurumu 55 üzv ölkədən 32-sini final mərhələsində görmək istəyir və bununla əlaqədar yerli federasiyalarla ilkin müzakirələr aparıldığı vurğulanıb.
 
İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının sədri Maeta Molanqa bu ideyaya qarşı çıxıb. Molanqa hesab edir ki, komanda sayının artması oyunların keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq:
 
“Biz ondan narahatıq ki, futbolçular hər şeyi ən sonda öyrənir. Son Avropa çempionatında çıxış edən futbolçuların çoxu İngiltərədə oynayır. Düşünürük ki, onlar mümkün müzakirələrdə fəal rol oynayacaqlar”.
 
UEFA məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb