5 dekabr 2025. Cümə

AÇ -2028: Böyük Britaniya və İrlandiyaya rəqib olacaq?


AÇ -2028: Böyük Britaniya və İrlandiyaya rəqib olacaq?
2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına Böyük Britaniya və İrlandiya eyni vaxtda ev sahibliyi edə bilər. Əvvəlcə Türkiyə, Yunanıstan, Bolqarıstan, Serbiya və Rumıniya AÇ-2028-i qəbul etmək istəklərini açıqlayıblar.
 
Corner.az “Sky Sports”a istinadən xəbər verir ki, Avropa çempionatını qəbul etməyə hazırda başqa namizəd yoxdur. Böyük Britaniya və İrlandiya yeganə namizəd olaraq qalacaqsa, aprelin 7-də UEFA-nın iclasında turnirin ev sahibi kimi elan olunacaqlar.
 
Böyük Britaniya və İrlandiya 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək fikrindən imtina etdikdən sonra diqqətlərini AÇ-2028-ə yönəldiblər. Ərizəni UEFA-ya təqdim etmək üçün son tarix 23 martdır. Yekun namizədlərin elanı aprelin 5-nə planlaşdırılıb.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb