5 dekabr 2025. Cümə

Türkiyə və Rusiya da AÇ-2028-ə namizədliyini irəli sürdü


Türkiyə və Rusiya da AÇ-2028-ə namizədliyini irəli sürdü
2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyən ölkələrin siyahısı genişlənir. Corner.az xəbər verir ki, İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels qitə birinciliyini birgə keçirmək üçün namizədliyini irəli sürüb.
 
Türkiyə də AÇ-2028-ə ev sahibliyi etməyə iddialıdır. Belə ki, Türkiyə Futbol Federasiyası (TFF) qitə birinciliyinə ev sahibliyi etmək üçün namizədliyini rəsmən UEFA-ya təqdim edib. Xatırladaq ki, daha öncə Türkiyənin AÇ-2016 və AÇ-2014-ü təşkil etməyə iddialı olsa da, təklifi müsbət dəyərləndirilməmişdi.
 
Sözügedən qitə birinciliyini keçirməyə Rusiya da iddialıdır. Rusiya Futbol İttifaqı da namizədliyini irəli sürüb. Hansı ki, bu ölkə Ukraynaya hücum etdiyinə görə FİFA və UEFA bayrağı altında keçirilən bütün turnirlərdən təcrid olunub. Lakin bu ölkənin AÇ-2028 və AÇ-2032-yə ev sahibi olmaq üçün namizədliyini irəli sürməsi ilə bağlı hansısa qadağa qoyulmayıb.
 
Ərizəni UEFA-ya təqdim etmək üçün son tarix bu gün - 23 martdır. Yekun namizədlərin elanı aprelin 5-nə planlaşdırılıb.
 
AÇ-2028-in 24 yox, 32 komandanın iştirakı ilə keçirilməsi gözlənilir. AÇ-2024 isə Almaniyada təşkil olunacaq.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb