5 dekabr 2025. Cümə

Lider uduzsa da, mövqeyini qorudu


Lider uduzsa da, mövqeyini qorudu
21 yaşadək futbolçular arasında AÇ-2023-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı A qrupunda da iki görüş baş tutub.
 
Qrup lideri Xorvatiya doğma meydanda Finlandiya ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu matçda xorvatlar gözlənilməz şəkildə məğlubiyyətlə üzləşib - 2:3.
 
Avstriya yığması isə Norveçlə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə isə meydan sahibləri qələbəyə sevinən tərəf olub – 2:1.
 
Bu nəticələrdən sonra A qrupundakı xal durumu belədir:
 
Xorvatiya – 19, Avstriya – 16, Norveç – 15, Finlandiya – 13, Azərbaycan – 4, Estoniya – 0.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb