5 dekabr 2025. Cümə

AÇ-2024: Final mərhələsinin təqvimi açıqlandı


AÇ-2024: Final mərhələsinin təqvimi açıqlandı
2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb. Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin açılış oyunu iyunun 14-də Münhendəki “Alyans-Arena”da keçiriləcək.
 
Final qarşılaşması isə iyulun 14-də Berlindəki “Olimpiaştadion” arenasında baş tutacaq.
 
İlk dəfə olaraq davamlılıq turnirin reqlamentinə meyar kimi daxil edilib və nəticədə üç məkan klasteri yaradılıb: Şimal/Şimal-Şərq (Berlin, Hamburq, Leypsiq), Qərb (Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Köln) və Cənub (Frankfurt, Münhen, Ştutqart).
 
Hər qrupda görüşlər yalnız iki klasterdə oynanılacaq ki, bu da komandalar və azarkeşlər üçün ev sahibi şəhərlər arasında məsafəni azaldacaq, komandaların baza düşərgələrindən matçların keçiriləcəyi yerlərə qatar və ya avtobusla gediş-gəlişini asanlaşdıracaq.
 
AÇ-2024-ün final mərhələsi 14 iyun-14 iyulda təşkil olunacaq.








Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb