5 dekabr 2025. Cümə

İngiltərə Avropa çempionu oldu


İngiltərə Avropa çempionu oldu
Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, İngiltərə yığması tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb.
 
Londondakı "Uembli" stadionunda keçirilmiş final matçında yerli komanda Almaniyanı əlavə vaxtda məğlub edib – 2:1.
 
Hesabı 62-ci dəqiqədə ingilis Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik qolunu vurub və oyunun taleyi üçün əlavə vaxta ehtiyac duyulub . 111-ci dəqiqədə isə Kloi Kelli İngiltərə millisinin qələbə qoluna imza atıb.
 
Yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələmişdi.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb