11 aprel 2026. Şənbə

Ronaldo AVRO-2024-də çıxış etmək istəyir


Ronaldo AVRO-2024-də çıxış etmək istəyir

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında oynamaq istəyir.

Corner.az "Sapo" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu daha bir neçə il yığmada çıxış etmək niyyətindədir.

Ronaldo özünü motivasiyalı hiss etdiyini söyləyib: "Mənim ambisiyalarım var. Bu il dünya çempionatında oynayacağam və növbəti Avropa çempionatında iştirak etməyi planlaşdırıram".

Hazırda İngiltərənin "Mançester Yunayted" klubunun uğurları üçün çalışan təcrübəli oyunçu 2004, 2008, 2012, 2016 və 2021-ci illərdəki Avropa çempionatlarında, həmçinin 2006, 2010, 2014 və 2018-ci illərdə dünya çempionatlarında çıxış edib.

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda Qətərdə gerçəkləşəcək. Portuqaliya H qrupunda Uruqvay, Qana və Cənubi Koreya ilə mübarizə aparacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb