23 oktyabr 2024. Çərşənbə

UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqladı


UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqladı

UEFA 2024-cü il Avropa çempionatının seçmə oyunlarının təqvimində səhvə yol verildiyi barədə Avropa futbol assosiasiyalarına xəbərdarlıq edib.

Corner.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyası tviterdə məlumat yayıb.

“Təəssüflə bildiririk ki, təqvimlə bağlı problem müşahidə etdik və sizdən göndərilmiş matçların siyahısını diqqətə almamağınızı xahiş edirik. Yeni versiya mümkün qədər tez dərc olunacaq. Yaranmış hər hansı narahatlığa görə üzr istəyirik”, - UEFA-nın açıqlamasında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 9-da Almaniyanın Frankfurt-Mayn şəhərində 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasimdə Millətlər Liqasının 2022/2023 mövsümü üçün ümumi reytinqinə əsasən sıralanan 53 milli assosiasiya iştirak edib. Gələcək turnirə ev sahibliyi edəcək Almaniya final mərhələsinə birbaşa vəsiqə əldə edib.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır
Almaniya millisinin qapısını kim qoruyacaq?
  • Avropa çempionatı
  • 17:18 28.09.2024
Almaniya millisinin qapısını kim qoruyacaq?