Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines AÇ-2024-ün seçmə mərhələsinin püşkünü dəyərləndirib. Corner.az xəbər verir ki,49 yaşlı mütəxəssis 5 komandalı qrupa düşmələrini müsbət hal kimi qiymətləndirib:
“Bu üzdən gənclərin təcrübə toplamaları üçün təqvimə yoldaşlıq görüşləri əlavə edə bilərik. Rəqiblərə gəlincə, Avstriyanın Ralf Ranqnik kimi təcrübəli baş məşqçisi var. İsveç yığması UEFA Millətlər Liqasında gözlənilən qədər yaxşı çıxış etmədi. Estoniya kollektivini isə yaxşı tanıyırıq. AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanmaq o qədər də sadə deyil. Dünya çempionatında olmayan Avropa çempionu İtaliyaya nəzər yetirməyiniz kifayətdir. Azərbaycan isə uzaqdadır və bu, özlüyündə bir problemdir”.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.