10 aprel 2026. Cümə

Azərbaycanda rahat üç xal qazanacağını düşünə bilməzsən


Azərbaycanda rahat üç xal qazanacağını düşünə bilməzsən
Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi barədə açıqlama verib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupundakı şanslarını dəyərləndirən 64 yaşlı almaniyalı mütəxəssis, Azərbaycan və Estoniyaya autsayder kimi yanaşmadıqlarını deyib:
 
“İstənilən rəqibi məğlub edə biləcək səviyyəyə çatmaq istəyirik. Digərləri kimi, Azərbaycan və Estoniya da AÇ-2024-ə qatılmaq istəyir. Buna görə də, onlara autsayder gözü ilə baxmaq və bu komandaları qiymətləndirməmək olmaz. Azərbaycana gedib, rahat üç xal qazanacağını düşünə bilməzsən”.
 
AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Azərbaycan millisi ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb