8 aprel 2026. Çərşənbə

Yığmamızın rəqiblərindən ikisi qalib gəldi, biri uduzdu


Yığmamızın rəqiblərindən ikisi qalib gəldi, biri uduzdu
Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığması da növbəti matçına çıxıb.
 
Ralf Ranqnikin baş məşqçi olduğu kollektiv səfərdə Andorraya minimal hesabla qalib gəlib. Yeganə qolu 87-ci dəqiqədə Marko Arnautoviç vurub.
 
Azərbaycan millisinin digər rəqibi Estoniya isə Baltik Kuboku turnirində Latviya ilə qarşılaşıb. Yarımfinal görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (5:3) latviyalılar finala yüksəliblər.
 
Daha bir rəqibimiz – İsveç yığması Meksika seçməsi ilə üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan avropalıların heyətində Rohden (54) və Svanberq (84) fərqlənib.
 
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Yığma ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.
 
Yoxlama oyunları
16 noyabr
 
Dominikan – Kuba 2:4
Nepal – Pakistan 1:0
Səudiyyə Ərəbistanı – Xorvatiya 0:1
İran – Tunis 0:2
Özbəkistan – Qazaxıstan 2:0
BƏƏ – Argentina 0:5
Fil Dişi Sahili – Burundi 4:0
Andorra – Avstriya 0:1
Çexiya – Farer adaları 5:0
Kosovo – Ermənistan 2:2
Oman – Almaniya 0:1
Polşa – Çili 1:0
Türkiyə – Şotlandiya 2:1
Kipr – Bolqarıstan 0:2
Cəbəllütariq – Lixtenşteyn 2:0
Əlcəzair – Mali 1:1
Meksika – İsveç 1:2
Albaniya – İtaliya 1:3






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb