5 dekabr 2025. Cümə

Millimizin oyununa “casus” göndərir - Ranqnik


Millimizin oyununa “casus” göndərir - Ranqnik
Avstriya millisinin skautları Azərbaycan yığmasının oyununu izləyəcək. Corner.az xəbər verir ki, bu barədə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik məlumat verib.
 
O, millinin skautlarının AÇ-2024-ün seçmə mərhələsində rəqiblərinin qarşıdakı yoldaşlıq görüşlərini izləyəcəklərini bildirib:
 
“Bu, qrupdakı rəqiblərimizi yenidən canlı görmək üçün son şansdır. Rəqiblərimiz olan İsveç, Estoniya və Azərbaycan da bizim yoldaşlıq görüşlərimizi izləyir”.
 
Azərbaycan millisi dünən yoxlama oyununda Moldovaya 2:1 qalib gəlib. Noyabrın 20-də Canni De Byazinin rəhbərlik etdiyi komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.
 
Azərbaycan millisi AÇ-2024-ün qrupunda ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb