28 iyul 2026. Çərşənbə axşamı

Yığmamızın rəqibi Misirlə bacarmadı


Yığmamızın rəqibi Misirlə bacarmadı
Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Kamerun yığmasının Panama ilə heç-heçə etdiyi gündə Serbiya millisi Bəhreynə darmadağınla qalib gəlib.
 
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yığması isə DÇ-2022 öncə Misir komandası ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda misirlilər qələbəyə sevinən tərəf olub. Mustafa Məhəmməd (33) və Trezeqenin (46) vurduğu qollarla məğlub duruma düşən Avropa təmsilçisi, 76-cı dəqiqədə Luis Opendanın vurduğu təsəlli qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
 
Yoxlama oyunları
18 noyabr
 
Sent Lusiya – San Marino 1:1
 
Kamerun – Panama 1:1
 
Belçika – Misir 1:2
 
Bəhreyn – Serbiya 1:5






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat