- Avropa çempionatı
- 19:37 15.01.2025
İordaniya və Azərbaycanla oyunlar asan olmayacaq. Belə səviyyəli komandamızla hər iki görüşdə qələbədən başqa hədəfimiz ola bilməz".
Corner.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin futbolçusu Pavol Şafranko İordaniya ilə yoxlama oyunu və Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla matç öncəsi deyib.
Slovakiya Futbol Federasiyasının rəsmi saytına danışan 24 yaşlı hücumçu bildirib ki, seçmə mərhələdə Azərbaycanla görüş uğur qazanmaq baxımından vacibdir: "Fiziki və psixoloji cəhətdən yaxşı istirahət etmişəm. Yeni mövsümə hazıram".
Qeyd edək ki, Slovakiya iyunun 7-də Trnavada İordaniya, 11-də isə Bakıda Azərbaycanla qarşılaşacaq.