11 may 2026. Bazar ertəsi

Feyenoord'un futbolçusu millimizlə oyunu buraxacaq


Feyenoord'un futbolçusu millimizlə oyunu buraxacaq

Avstriya millisinin futbolçusu Gernot Trauner 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri ilk tur oyununu buraxacaq.

Corner.az xəbər verir ki, buna Niderland "Feyenoord"unda çıxış edən 30 yaşlı müdafiəçinin zədələnməsi səbəb olub. Məşqdə dizindən xəsarət alan Traunerin əməliyyat olunacağı və mövsümün ikinci yarısını buraxacağı bildirilib.

Trauner "Feyenoord"un qış fasiləsinədək keçirdiyi 20 oyunun hamısında meydanda olub.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb