5 dekabr 2025. Cümə

Millimizin rəqibi Finlandiyaya qalib gəldi


Millimizin rəqibi Finlandiyaya qalib gəldi
Futbol üzrə Estoniya millisi bu gün yoldaşlıq oyunu keçirib. Corner.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan bu komanda Portuqaliyadakı təlim-məşq toplanışı çərçivəsində Finlandiya yığması ilə üz-üzə gəlib.
 
Qarşılaşma estoniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 84-cü dəqiqədə Martin Miller vurub.
 
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə F qrupunda Estoniya ilə yanaşı, Belçika, Avstriya və İsveçlə də mübarizə aparacaq.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb