5 dekabr 2025. Cümə

Millimizin rəqibindən İslandiya üzərində əzmkar qələbə


Millimizin rəqibindən İslandiya üzərində əzmkar qələbə
Bu gün Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki daha bir rəqibi yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, İsveç millisi Portuqaliyadakı təlim-məşq toplanışı çərçivəsində İslandiya yığması ilə qarşılaşıb.
 
Üç qolun qeydə alındığı oyunda İsveç yığması əzmkar qələbə qazanıb – 2:1. Hesabı 30-cu dəqiqədə İslandiya yığmasından Sveydn Qudyonsen açıb. İsveçlilər 85-ci dəqiqədə Elias Anderssonun qolu ilə tarazlığı bərpa ediblər. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Yakob Ondreyka qoyub.
 
Xatırladaq ki, bu gün millimizin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən Estoniya yığması da Finlandiyanı 1:0 hesabıyla məğlub etmişdi.
 
Azərbaycan millisi seçmə mərhələdə F qrupunda Estoniya və İsveçlə yanaşı, Belçika və Avstriya ilə də mübarizə aparacaq.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb