5 dekabr 2025. Cümə

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salındı


Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salındı

Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək 2024-cü il Avropa çempionatının seçmə mərhələ oyunu üçün bilet satışı təxirə salınıb.

Corner.az Avstriya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb matçın oynanılacağı "Rayffayzen Arena"nın yenicə təmirdən çıxmasıdır.

Qurum yığmanın ev qarşılaşmalarında tamaşaçılara daha yaxşı xidmət göstərilməsi üçün çempionat matçlarında stadionu sınaqdan keçirmək istəyir. Hazırda LASK komandası ev matçlarını məhz bu arenada oynayır.

Biletlərin martın əvvəlində satışa çıxarılacağı bildirilib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb