- Avropa çempionatı
- 15:35 16.11.2025
Türkiyə millisi daha bir ciddi itki ilə üzləşib.
Corner.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, "Selta"nın futbolçusu Okay Yokuşlu millinin heyətindən çıxarılıb.Buna səbəb 25 yaşlı futbolçunun Yunanıstanla yoxlama görüşündə zədələnməsidir.Gənc futbolçunun müalicə olmasına baxmayaraq, Avro-2020-nin seçmə mərhələsində Fransa (8 iyun) və İslandiya (11 iyun) ilə görüşlərinə kimi hazır olmayacağı müəyyənləşib.