5 dekabr 2025. Cümə

Azərbaycanla oyunda səhvə yol verdik


Azərbaycanla oyunda səhvə yol verdik

"Slovaklarla ilk oyun (0:1) ən azı heç-heçəlik qarşılaşma idi”. Corner.az xəbər verir ki, bunu Belarus yığmasının futbolçusu Ruslan Xadarkeviç söyləyib.

Komandasının UEFA Millətlər Liqasının 2022/23 mövsümündəki çıxışını dəyərləndirən 29 yaşlı müdafiəçi Azərbaycan yığmasından xal almaq lazım olduğunu bildirib: “Azərbaycanla ev oyununda (0:0) qələbə vacib idi. Qazaxlarla görüşdə (1:1) xeyli güclü idik. Bakıda 0:2 hesabı ilə uduzsaq da, orada xal almalı idik. İlk qolu vuran Mahir Əmrəli uzaq küncə yaxşı zərbə vurdu, sonra yenə səhvə yol verdik və ikincini buraxdıq. Aydındır ki, futbol səhvlərdən ibarətdir, lakin bütövlükdə bu oyun bərabər səviyyəli idi. Sentyabrda Astanada (2:1) rəqib daha güclü çıxış etdi”.

Xatırladaq ki, Belarus yığması qrupda 3 xalla sonuncu, Azərbaycan millisi isə 10 xalla ikinci yeri tutub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb