- Avropa çempionatı
- 20:40 06.02.2026
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Macarıstan oyununun hakimləri müəyyənləşib.
Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı hollandiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Kevin Blom olacaq. Ona Bas van Dongen və Yohan Balder kömək edəcək. Matçın 4-cü hakim funksiyasını isə Serdar Gözüböyük yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Macarsıtan matçı iyunun 8-də olacaq. 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.