5 dekabr 2025. Cümə

Azərbaycanla oyunda heyətdə dəyişiklik edilə bilər - Pavel


Azərbaycanla oyunda heyətdə dəyişiklik edilə bilər - Pavel
“Yaydır, yarışlar başa çatıb. Futbolçular formada olmaya bilər. Ancaq onlar peşəkardırlar və qarşıdakı oyunlara ikiqat hazırlaşmalıdırlar”.

Corner.az xəbər verir ki, bu sözləri Avro-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

Yerli mətbuata açıqlamasında İordaniya ilə keçiriləcək yoldaşlıq görüşündən danışan çexiyalı mütəxəssis bu oyundan sonra millimizlə matç üçün heyəti müəyyənləşidrəcəyini bildirib: "Komandaya əlavə 6 nəfər dəvət etmişik. Onları da sınaqdan keçirmək istəyirik. İordaniya ilə oyunda şans qazanacaqlar. Əsas heyət isə Azərbaycanla matça hazırlaşacaq. İordaniya ilə görüşdən sonra  6 nəfər komadanı tərk edəcək. Ancaq futbolçulardan bizi yaxşı mənada təəccübləndirən olsa, Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik".

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu iyunun 11-də keçiriləcək.





Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb