- Avropa çempionatı
- 15:35 16.11.2025
Macarıstan millisinin daha iki futbolçusu Avro-2020-nin seçmə mərhələsində yığmamızla oyunu buraxacaq.
Corner.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marko Rossi məlumat verib. O bildirib ki, müdafiəçilər Beşe Barnabaş və Tamaş Kadar zədə səbəbindən yığmamızla görüşdə iştirak etməyəcəklər.
Qeyd edək ki, bundan əvvəl hücumçu Şoter Donatın Bakıya gətirilməyəcəyi açıqlanıb.
Xatırladaq ki, Azərbaycan - Macarıstan görüşü sabah saat 20:00-da başlayacaq.