5 dekabr 2025. Cümə

Belçika yığmasını Bakıya bu baş məşqçi gətirə bilər


Belçika yığmasını Bakıya bu baş məşqçi gətirə bilər
Azərbaycan millisinin rəqibi Belçika yığmasının baş məşqçi postuna daha bir namizəd müəyyənləşib. Corner.az xəbər verir ki, almaniyalı mütəxəssis Yoaxim Lövün bu vəzifəyə gətirilməsini nəzərdən keçirir.
 
Belçika Futbol Assosiasiyası Almaniya yığmasından ayrıldıqdan bəri işsiz qalan 63 yaşlı çalışdırıcı ilə danışıqlara başlayıb. Löv özü də yerli mətbuata açıqlamasında bu variantı istisna etməyib. O, Belçika yığmasını çalışdırmağın əleyhinə olmadığını da deyib.
 
Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Yığmamız bu rəqiblə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb