24 oktyabr 2024. Cümə axşamı

Azərbaycanla planlarımız başqadır - Pavel


Azərbaycanla planlarımız başqadır - Pavel

"Rəqibin müqavimət göstərəcəyini bilirdik. İlk hissə gözlədiyimiz kimi oldu. Müdafiədə müəyyən boşluqlar buraxdıq. Nəticədə əsəblərimizi cilovlamaqda çətinlik çəkdik".

Corner.az xəbər verir ki, bu sözləri millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Slovakiya seçməsinin baş məşqçisi Pavel Hapal yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Dünən İordaniyaya 5:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununu dəyərləndirən mütəxəssis ikinci hissədə daha yaxşı təsir bağışladıqlarını bildirib:" İkinci hissə tamam fərqli alındı. Düşünürdük ki, rəqibin mütəvimətini qıra bilərik. Deyərdim ki, istəyimizə çatdıq. Gənclərin oyunu yaxşı mənada təəccübləndirdi. Fasilədən sonrakı dəyişikliklə topa daha çox nəzarət etməyə və sürəti artırmağa hesablanmışdı".


P. Hapal iyunun 11-də Bakıda millimizlə keçiriləcək oyuna da toxunub: "Yoldaşlıq matçında daha çox az oynayan futbolçuları iş başında görmək istəyirdik. Azərbaycanla bağlı başqa planımız var və bunu 3 gün sonra hamı görəcək. Bu, həm Bakı səfəri üçün heyət, həm oyunla bağlıdır".

Qeyd edək ki, iyunun 11-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır