5 dekabr 2025. Cümə

Azərbaycanda bizə qarşı müdafiədən oynayacaq - Qrequş


Azərbaycanda bizə qarşı müdafiədən oynayacaq - Qrequş

"Xüsusilə ilk hissədə rəqib bizə narahatlıq yaratdı. Onlar yaxşı müdafiə olundular və nəticədə qol da vurdular".

Corner.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin futbolçusu Yan Qrequş İordaniya ilə yoldaşlıq oyunundan sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Dünənki matçda penaltidən komandasının 3-cü qoluna imza atan 28 yaşlı futbolçu iyunun 8-da Bakıda millimizə qarşı keçirəcəkləri görüşə də toxunub:" Penaltini vurmaq üçün məsuliyyəti üzərimə götürdüm və topu qapıya göndərdim. Şadam ki, zərbəm dəqiq alındı. Aəzrbaycanla oyuna gəlincə, düşünürəm ki, onlar da İordaniya kimi əsasən müdafiədən oynayacaqlar. Hesab edirəm ki, bu rəqibə də qol vurub, qələbə qazana bilərik".


Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb