5 dekabr 2025. Cümə

Millimizin rəqibinin baş məşqçisi narazıdı


Millimizin rəqibinin baş məşqçisi narazıdı
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasında baş məşqçi Ralf Ranqnik azarkeş marağından narazıdı. Corner.az xəbər verir ki, alman mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə oyunun Linzdəki “Rayffeisen Arena”da keçirilməsindən məmnun deyil.
 
Buna səbəb adıçəkilən stadion cəmi 5000 azarkeş tutumuna malik olmasıdı:
 
“Avstriyadakı 50 minlik “Ernst Happel” və ya 30 min tamaşaçı tutumuna malik “Allianz Arena”da oynamağımızı istərdim. Ancaq bu stadionlarda oynamaq üçün yüksək səviyyədə çıxış etməliyik ki, azarkeşləri tribunalara cəlb edə bilək. 2022-ci ilin son beynəlxalq matçında Avropa çempionu İtaliya üzərində 2:0 hesablı qələbə qazandığımız matçı belə, 18 min azarkeş izləmişdi. Xüsusən də, “Allianz Arena”da əla atmosfer yaratmaq olar”.
 
Baş məşqçi iyunda İsveçlə keçiriləcək qarşılaşmanın “Allianz Arena”da olmasını arzulayır: “Bu stadionda İsveçə qarşı oynamağımızı təsəvvür edirəm. Stadionda bu cür matçlar üçün lazım olan hər şey var”.
 
Qeyd edək ki, Avstriya seçmə mərhələdə ilk oyununu martın 24-də Azərbaycan millisinə qarşı keçirəcək.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb