11 aprel 2026. Şənbə

Hələ də Bakı cəhənnəmini xatırlayıram - Keniq


Hələ də Bakı cəhənnəmini xatırlayıram - Keniq

"Hava çox isti idi. Yəqin ki, elə indiki kimi. Biz Bakıya qələbə dalınca gəlmişdik". 

Corner.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin sabiq qapıçısı Miroslav Keniq ölkəsinin mətbuatına açıqlamasında deyib.


Hazırda Slovakiya millisinin məşqçilər heyətində yer alan veteran qolkiper DÇ-2002-nin seçmə mərhələsində millimizə gözlənilməz məğlubiyyətdən (0:2) danışıb. O, 2001-ci il, iyunun 6-da Bakıda keçiriən görüşü belə xatırlayır:

"Seçmə mərhələdə Azərbaycan, gələcək dünya üçüncüsü Türkiyə və eləcə də İsveç, Makedoniya, Moldova ilə bir qrupda mübarizə aparırdıq. Doqquz gündə üç oyun keçirdik. Almaniya ilə yoxlama oyunu, daha sonra Stokholm və Bakı səfəri. Hər üç görüşdə 0:2 uduzduq. Təkcə oyunlar çətin olmadı, həm də uzun səfərlər bizi yordu. Hələ də soyuq İsveçi və əsl Bakı cəhənnəmini xatırlayıram.

Hələ də o axşam bizə nə olduğunu başa düşmürəm. Nəsə səhv etdik və bu nəticəyə təsir etdi. Oyundan sonra çox pis olmuşduq. Turnir cədvəlindəki mövqeyimizi itirdik və mundiala vəsiqə şansımız qalmadı.
Əminəm ki, Azərbaycan futbolu o vaxtdan indiyə inkişaf edib. Belə rəqiblərlə matçda iki məqama fikir vermək lazımdır: səbr və effektli oyun. Hətta qol şansını 90-cə dəqiqədə əldə etsən, səbirli olmalısan. 

Miroslav Keniq Bakının əlverişsiz havasının onlara mane olacağını düşünmür: "Bu barədə şikayət etməyinə dəyməz. Macarlara baxın. Onlar rütubətli havada Azərbaycanı məğlub etdilər. Biz də eynisini etməliyik".

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb