11 aprel 2026. Şənbə

Bakıda mümkün qədər çox qol vurmalıyıq - Şkrinyar


Bakıda mümkün qədər çox qol vurmalıyıq - Şkrinyar
"Bakıya tez gəlməyimiz yaxşıdır, nəinki oyundan bir gün əvvəl. Belədə hava şəraitinə daha yaxşı uyğunlaşa bilərik”.

Corner.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin üzvü Milan Şkrinyar yerli mətbuata açıqlamasında deyib. Avro-2020-nin seçmə mərhələsində sabah millimizlə keçirəcəkləri oyun haqda danışan İtaliya “İnter”inin müdafiəçisi Bakıda isti havadan ehtiyatlanır:

“Hava çox isti olacaq. Buna baxmayaraq, uğur qazanacağımıza inanıram. İtaliya ilə Slovakiyanın iqlimi oxşardır. Hərdən isti, hərdənsə çox soyuq olur. Havadan asılı olmayaraq, Bakıda mümkün qədər çox qol vurmalıyıq”.

Qeyd edək ki, iyunun 11-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.





Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb