Avstriyalı futbol məşqçisi Andreas Hertsoq yığma komandanın AVRO-2024-ün seçmə mərhələsindəki şanslarını dəyərləndirib. Corner.az xəbər verir ki, Avstriya yığmasının sabiq məşqçisi F qrupunda əsas rəqiblərini açıqlayıb.
O, Azərbaycan və Estoniyanı özlərinə rəqib saymayan Hertsoq final mərhələsinə adlayacaqlarına əmin danışıb:
“Mart ayında start götürəcək AVRO-2024-ün seçmə mərhələsini səbirsizliklə gözləyirik. Azərbaycan və Estoniyaya qarşı evdə iki qələbə mütləqdir. Hələ püşkatmadan əvvəl Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağımıza əmin idim. Belçika və İsveçlə ilk iki yer uğrunda mübarizədə aparacağıq. Bu yarışda optimist olaraq qalıram. Biz AVRO-2024-ə gedəcəyik”.
Qeyd edək ki, Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də məhz Avstriyaya qarşı keçirəcək. Qarşılaşma Linsdəki “Rayffeysen Arena”da baş tutacaq.