25 noyabr 2024. Bazar ertəsi

Hər oyunda qalib gəlmək istəyirik


Hər oyunda qalib gəlmək istəyirik

"Hər oyunda qalib gəlmək istəyirik. Məşqçilər heyəti də bunu hədəfləyir".

Corner.Az-ın məlumatına görə, bunu Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığmasının 30 yaşlı futbolçusu Kərim Onisivo F qrupundakı şansları barədə yerli mətbuata açıqlamasında deyib.

Almaniyanın "Maynts" klubunda çıxış edən hücumçu bildirib ki, İtaliya ilə yoldaşlıq oyunundakı 2:0 hesablı qələbə onların nəyə qadir olduğunu göstərib: "Bu, tamaşaçılar üçün də cəlbedici oldu. Onlar yenidən stadiona getməyə başlayıblar. Gələcəyə nikbin baxıram. Çünki Ralf Ranqnik kimi baş məşqçimiz var. Onun oyun sistemi məni ruhlandırır".

Qeyd edək ki, Azərbaycan millisi F qrupunda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb