29 iyun 2026. Bazar ertəsi

Meydana qələbə üçün çıxacağıq - Pavel Hapal


Meydana qələbə üçün çıxacağıq - Pavel Hapal

"Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdılar. Miroslav Stok xəstələnib. Digər oyunçulara yoluxmaması üçün onu Bakıya gətirmədik".

Corner.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".

Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlama istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı sabah saat 20:00-da  başlayacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat