7 aprel 2026. Çərşənbə axşamı

Real'ın futbolçusu millimizlə oyunu buraxacaq


Real'ın futbolçusu millimizlə oyunu buraxacaq
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının kapitanı David Alabanın durumuna aydınlıq gəlib. Corner.az xəbər verir ki, ulduz futbolçunun klubu “Real” onun zədəsinin vəziyyəti ilə bağlı bəyanat yayıb.
 
Bildirilib ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la qarşılaşmada zədələnərək əvəzlənən 31 yaşlı sol cinah müdafiəçisinin sağ bud əzələsində yırtıq aşkarlanıb. Madrid klubu onun bir ay yaşıl meydanlardan uzaq qalacağını diqqətə çatdırıb.
 
Avstriya ilə Azərbaycan arasında görüşün martın 24-də baş tutacağını nəzərə alsaq, Alabanın millimizlə görüşü də buraxması gözlənilir.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb