7 aprel 2026. Çərşənbə axşamı

Gent'in hücumçusu millimizlə oyuna çağırılacaq


Gent'in hücumçusu millimizlə oyuna çağırılacaq

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent"in futbolçusu Uqo Kuypers Belçika millisinə çağırılacaq.

Corner.Az yerli mətbuata istinadən xəbər verir ki, yığmanın yeni baş məşqçisi Domeniko Tedesko 26 yaşlı hücumçunun çıxışını yaxından izləyir.

İtaliyalı mütəxəssisin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün Kuypersə dəvət göndərəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" bu gün Belçikada "Gent"lə cavab oyununa çıxacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Ağdam təmsilçisi Bakıdakı ilk matçda rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi isə AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə eyni qrupda yer alıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv "qırmızı şeytanlar"a qarşı ilk oyununu sentyabrın 9-da Bakıda, növbəti görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb