8 aprel 2026. Çərşənbə

Alaba millimizə qarşı oynaya biləcək mi?


Alaba millimizə qarşı oynaya biləcək mi?
Avstriya yığmasının kapitanı David Alabanın AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə oyunlarda iştirakı real görünmür. Corner.az xəbər verir ki, bunu millinin baş məşqçisi Ralf Ranqnik açıqlayıb.
 
O bildirib ki, Madrid "Real"ında çıxış edən futbolçu hazırda zədədən əziyyət çəkdiyi üçün millinin matçlarına qədər dönüşü gözlənilmir. Ranqnik futbolçunun klubu “Real”ın həkimləri ilə müntəzəm bu barədə məsləhətləşdiklərini də vurğulayıb.
 
Baş məşqçi əvəzində hücumçu Marko Arnautoviçdən ümidlidi. O, “Bolonya”nın forvardının yüz faiz hazır olacağı təqdirdə millidə yer alacağını deyib.
 
Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün ilk iki oyununu evdə keçirəcək. Avstriyalılar martın 24-də Azərbaycan, 27-də Estoniyanı Lins şəhərində qəbul edəcək.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb