9 may 2026. Şənbə

Leypsiq'in futbolçusu millimizlə oyunu buraxacaq


Leypsiq'in futbolçusu millimizlə oyunu buraxacaq
Almaniya "Leypsiq"i ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, Bundesliqa klubunda çıxış edən Avstriya yığmasının üzvü Ksaver Şlager uzun müddətə sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi Dortmundda "Borussiya"ya 1:2 hesabı ilə uduzduqları Bundesliqanın 23-cü tur matçında zədələnib. Sağ topuğundan ciddi xəsarət alan Ksaverin əməliyyat olunacağı və mövsümün qalan hissəsini buraxacağı bildirilib.
 
Bu isə Şlagerin Azərbaycan millisinə qarşı AÇ-2024-ün seçmə mərhələ oyununu buraxacağı deməkdir. Avstriya yığması seçmə mərhələdə martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.
 
“Leypsiq” Şlagerdən başqa Kristofer Nkunkunu da itirib. Onun da zədə səbəbindən bir neçə həftə komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.
 
Xatırladaq ki, Bundesliqa klubunda Deni Olmo, Abdu Diallo, Peter Qulaçi və Timo Şlik də xeyli müddətdir zədə səbəbindən komandaya kömək edə bilmirlər.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb