9 may 2026. Şənbə

AVRO-2024-ə vəsiqə qazanmaq çətin olar, ancaq ...


AVRO-2024-ə vəsiqə qazanmaq çətin olar, ancaq ...
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Estoniya yığmasının baş məşqçisi Tomas Heberli komandasının hazırlığından danışıb. Corner.az xəbər verir ki, 49 yaşlı isveçrəli mütəxəssis hədəflərinin final mərhələsinə vəsiqə qazanmaq olduğunu iddia edib:
 
“Millidə artıq oyun istiqamətini təyin etmişik, nəticələrimizlə uğurlu futbol oynamaq gücündə olduğumuzu göstərə bilmişik. Estoniyalılar inanılmaz komanda oyunçularıdır. AVRO-2024-ün seçmə mərhələsində də sürpriz etmək istəyirik. Son bir neçə illə müqayisədə yaxşı və sabit inkişaf yolu keçmişik. AVRO-2024-ə vəsiqə qazanmaq çox çətin olar, ancaq böyük sensasiyaya qadirik. Özümüzə, güclü tərəflərimizə inanırıq və bunu oyundan-oyundan hiss edirik”.
 
Qeyd edək ki, seçmə mərhələnin F qrupunda Estoniya və Azərbaycanla yanaşı, Belçika, Avstriya və İsveç yığmaları da mübarizə aparacaq. Estonlar ilk oyunlarını martın 27-də səfərdə Avstriyaya qarşı keçirəcək.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb