- Avropa çempionatı
- 15:35 16.11.2025
Belarus millisinin baş məşqçisi İqor Kriuşenko istefa verib.
Corner.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komandanın Avro-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışına görə 55 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, o, 2017-ci ildən Belarus millisini çalışdırırdı.