- Avropa çempionatı
- 15:35 16.11.2025
Serbiya milli komandası baş məşqçisi Mladen Krstaiç ilə yollarını ayırıb.
Corner.az Serbiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin istefası qurumun Belqradda keçirilən fövqəladə komitəsinin iclasında qəbul olunub.
Məşqçi və federasiya müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv olunması barədə razılığa gəliblər. Federasiya artıq yığma üçün yeni baş məşqçinin axtarışına başlayıb.
Qeyd edək ki, Mladen Krstaiç 2017-ci ilin sonlarından Serbiya millisinə rəhbərlik edir.