9 may 2026. Şənbə

Azərbaycanda baş verənləri hər kəs gördü


Azərbaycanda baş verənləri hər kəs gördü
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko “Kicker”ə müsahibəsində şanslarını dəyərləndirib. Corner.az xəbər verir ki, 37 yaşlı çalışdırıcı onları vacib oyunlar gözlədiyini söyləyib.
 
İtaliyalı mütəxəssis qrupda bütün rəqibləri qiymətləndirəcəklərini bildirib. O, “Qarabağ”ı bu mənada misal göstərib: “Avstriya noyabrda İtaliyanın əsas heyətinə qalib gələn komandadı. Bundesliqada futbolçuları çoxdu. İsveç də çox güclüdü. Ümumiyyətlə, asan rəqib anlayışı qalmayıb. Cəmi dörd həftə əvvəl Konfrans Liqasında “Gent”in “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduğu zaman Azərbaycanda baş verənləri hər kəs gördü. “Qarabağ” növbəti mərhələyə yüksələ bilərdi. Bir sözlə, seçmə mərhələ parkdakı yürüş kimi olmayacaq”.
 
Tedesko Belçika yığmasının güclü futbolçulardan təşkil olunduğunu söyləyib: “Yaxşı komandaya gəlmişəm. Futbolçular bütün Avropaya yayılıblar. Qətərdə keçirilən dünya çempionatındakı məyusluqdan sonra yenidən başlamaq üçün düyməni basmağı cəlbedici hesab edirəm. Ulduz futbolçularla çalışmaq problem deyil. Mənim üçün onlar hörmətlə yanaşdığım vacib insanlardı. Adlarının və çəkilərinin fərqi yoxdu. Onlar komanda oyunçularıdı”.
 
Qeyd edək ki, Belçika yığması F qrupunda ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Avstriyanın qonağı olacaq.
 






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb