5 dekabr 2025. Cümə

İbrahimoviç Azərbaycan millisi ilə oyunda çıxış edə bilər


İbrahimoviç Azərbaycan millisi ilə oyunda çıxış edə bilər
"Milan"da çıxış edən ulduz futbolçu Zlatan İbrahimoviç yenidən İsveç yığmasına çağırıla bilər. Corner.az xəbər veri ki, bunu komandanın baş məşqçisi Yanne Andersson açıqlayıb.
 
60 yaşlı çalışdırıcı bildirib ki, AVRO-2024-ün seçmə mərhələsində ilk iki oyununu Belçika və Azərbaycan millisinə qarşı keçirəcəyi komandanın heyətində İbrahimoviçin olması istisna deyil. Təcrübəli mütəxəssis 41 yaşlı hücumçu sağlam olduğu müddətdə hətta meydana çıxmasa belə, kənardan liderlik baxımından komanda üçün lazım olduğunu da vurğulayıb.
 
Qeyd edək ki, İsveç martın 24-də Belçika, 27-də isə Azərbaycan millisi ilə qarşılaşacaq. Hər iki görüş Solna şəhərində baş tutacaq.
 






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb