Marsel Sabitzerin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə oyun üçün Avstriya yığmasına çağırılması klubu “Mançester Yunayted” tərəfindən birmənalı qarşılamayıb.
Corner.az xəbər verir ki, “qırmızı şeytanlar” son iki görüşü buraxan 28 yaşlı yarımmüdafiəçinin yığmaya dəvət olunmasından narahatdır. Çünki onun zədələndiyi və uzun müddətə sıradan çıxdığı gözlənilirdi. Klub zədəli oyunçunun milliyə dəvət olunmasının doğru olmadığının tərəfdarıdı.
Digər tərəfdən isə əgər Sabitzer yığmaya çağırılıbsa, deməli, zədəsi ciddi deyil və tezliklə klubuna da kömək edə biləcəyi düşünülür.
Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycan, 27-də isə Estoniyanı qəbul edəcək.