5 dekabr 2025. Cümə

Azərbaycan yığmasına qalib gələcəyimizə əminik


Azərbaycan yığmasına qalib gələcəyimizə əminik
Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri ilk oyundan danışıb.
 
Corner.az xəbər verir ki, 65 yaşlı almaniyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında Canni De Byazinin rəhbərlik etdiyi komandaya qalib gəlməyin asan olmayacağını söyləyib.
 
 "Azərbaycan və Estoniya çətin rəqiblərdir. Qələbə qazanmaq üçün meydanda ən yaxşı oyunumuzu göstərməliyik. Xüsusilə Azərbaycanla matç üçün satışa çıxarılmış biletlər qısa zamanda satıldı. Əhval-ruhiyyəmiz yaxşıdır və hər iki qarşılaşmada qalib gələ biləcəyimizə əminik".
 
Xatırladaq ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Rayffayzen Arena”da baş tutacaq.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb